07.28.22

Tələbələrimizlə görüş

IMZA Group olaraq konsaltinq xidməti ilə yanaşı təlim və tədris fəaliyyətini məhz irimiqyaslı sosial layihələrin həyata keçirməsi ilə başlamışıq. Maliyyə və mühasibat uçotu sahəsi üzrə mütəxəssislərdən ibarət maliyyə platforması yaratmaq missiyası naminə, Azərbaycan gəncinin beynəlxalq səviyyəli təhsil alması üçün dəstəyimizi göstərməyə davam edirik. 


Qloballaşan dünyada Beynəlxalq rəqabətə davamlılığı vacib bilərək, maliyyə və mühasibat uçotu sahəsində karyera qurmaq istəyən gəncləri ACCA kvalifikasiyasına sahib olmağa təşviq edirik.


Qeyd olunanları nəzərə alaraq “100 Uğurlu İmza” və “Sharing our success” layihələrini reallaşdırdıq. 100-lərlə iştirakçısı olan bu layihə gənclərin tələbəlik illərindən etibarən böyük uğurlara imza ata biləcəyini göstərdi. Gənclərin məlumatlanması və beynəlxalq dərəcəli biliklərə yiyələnməsi onları əmək bazarı üçün çox dəyərli etdi. 


Uğurları ilə öyündüyümüz, nəticəsi olaraq ölkənin aparıcı şirkətlərində çalışan tələbələrimizlə əməkdaşlığın daimiliyinə kökləndiyimizdən şirkət rəhbərliyi tərəfindən 18 yanvar tarixində görüş keçirilmişdir. Görüşdə ölkənin maliyyə və mühasibat uçotu sahəsinin gələcək inkişafında müstəsna rol oynacaqlarına əminlik ifadə edilmişdir. 



Yola davam.