07.28.22

ACCA sessiya imtahanları

ACCA sessiya imtahanları ildə 4 dəfə mart, iyun, sentyabr və dekabr aylarında keçirilir.
Sessiya imtahanlarına qeydiyyatdan 3 fərqli vaxt aralığında keçmək mümkündür. Bu vaxtların tezliyindən asılı olaraq onlara Erkən- "Early", Standart- "Standard" və Gec qeydiyyat - "Late registration" deyilir. Sessiya imtahanına qeydiyyat tarixindən asılı olaraq, imtahan ödənişi də fərqlənir.A İmtahana erkən qeydiyyat  qiyməti digərlərinə nisbətən daha aşağı, gec-late geydiyyat isə digərlərinə nisbətən daha yüksək olur.
Qeydiyyat proseduru ilə buradan tanış olmaq mümkündür.