07.28.22

100 Uğurlu İMZA

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorlarının inkişafına dair Strateji Yol Xəritələrin qarşısına qoyduğu mühüm vəzifələrin yerinə yetirməsi, kiçik və orta sahibkarlığın inkişafı, şəffaflığın daha da artırılması, nağdsız əməliyyatların stimullaşdırılması maliyyə və mühasibat uçotu sahəsində savadlı gənc mütəxəssislərin formalaşdırılması zərurət yaratdı. Dünyada geniş tətbiq sahəsini tapmış və BMT, Dünya Bankı tərəfindən maliyyə və mühasibat uçotu sahələrində qlobal ixtisaslaşdırma təməli kimi tövsiyə olunan ACCA proqramı həmçinin dünyanın audit firmaları və nəhəng korporasiyalar tərəfindən tanınaraq biznesin müxtəlif sahələrində karyera inkişafı yollarının seçilməsi üçün zəmin yaratdı. Bütün bunları nəzərə alan IMZA Group komandası 2017-ci ildə “100 Uğurlu İmza” layihəsini həyata keçirməyə qarar verdi. Ölkəmizdə öz peşəkar inkişafını görən və gələcəyini Azərbaycanla bağlayan hər bir gənc üçün “100 Uğurlu İmza” real şans yaratdı. İmtahanlardan uğurla keçən və sertifikatlara nail olan layihə iştrakçıları işəgötürənin qarşısında rəqabət üstünlüyü, həmçinin aparıcı yerli və beynəlxalq şirkətlərdə iş imkanı əldə etdi.