Peşəkar maliyyəçi və mühasiblərin yetişdirilməsi üçün əvəzsiz rolumuz ilə tanınan şirkətimiz ölkədə və regionda ilk dəfə olaraq acca-in (İmtiyazlı sertifikatlaşdırılmış mühasiblər assosiyasiyası) platinum tərəfdaşı statusuna layiq görülüb.]


"Platinum statusu acca proqramı üzrə təhsil verən təşkilatlarda ən yüksək və ən nüfuzlu tərəfdaşlıq səviyyəsidir. Platinum tərəfdaşlarımız təlimlərin idarə olunmasında, tələbələrin təhsil və dəstək prosesində acca-in beynəlxalq standartlarına uyğun olaraq fəaliyyət göstərir. Platinum statuslu tərəfdaşlarımızın tələbələrinin əksər acca imtahanları üzrə nəticələri orta dünya göstəricilərindən yüksəkdir", - deyə assosiyasiyanın rəsmi saytında bildirilir.


Bu günə qədər, onlarla tələbəmiz acca-nın sessiya imtahanlarında birinci yeri tutub, «100 uğurlu İmza» layihəsinin 6 iştirakçısı İmtiyazlı sertifikatlaşdırılmış mühasiblər assosiyasiyasının tam hüquqlu üzvü olub. (Acca member)


Tələbələrimizin sırasına acca financial reporting (fr) sessiya imtahanı üzrə dünya birincisi olan, həmçinin acca financial accounting (fa) imtahanı üzrə maksimal 100 bal toplayan tələbələrdə daxildir.


Imza group tələbələri ölkəmizin iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq gənc peşəkarların yeni dalğasıdır.